Qətər səfiri: Yolboyu şahidi olduğumuz tikinti-quruculuq işlərinin sürəti bizi çox sevindirdi
MÜSAHİBƏLƏR

Qətər səfiri: Yolboyu şahidi olduğumuz tikinti-quruculuq işlərinin sürəti bizi çox sevindirdi

Azərbaycanın tarixi və mədəniyyət paytaxtı Şuşada olmaqdan çox məmnunam. Şuşaya gələrkən yolboyu şahidi olduğumuz tikinti-quruculuq işlərinin sürəti bizi çox sevindirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal Bin Abdullah Hamad Al Hinzab deyib.

Səfir əmin olduğunu bildirib ki, Azərbaycan dövlətinin sürətlə apardığı tikinti-quruculuq işlərinin nəticəsində Qarabağ tezliklə cənnətə çevriləcək.

AZƏRTAC