Qəsbkar, oğru, yalançı...
Digər xəbərlər

Qəsbkar, oğru, yalançı...

“Miatsum” xəstəliyinə tutulan, əsrlər boyu özgə boşqabının dibini yalayan, qorxaq, hiyləgər, namərd, yaltaq  erməniliyin başqa adı yoxdur. İyirmi birinci əsrin faşizmi Ermənistandır, terrorçu dövlətdir, körpə qatilidir, həyasız və idbar bir mahiyyətdir. Şanlı Vətən müharibəsində sonu çatan, döyüş səngərlərindən tülkü kimi qaçan, yüzlərlə ölüsündən, xəstə qocasından belə imtina edən, hər gün yalan uyduran, kirli və qorxaq ermənilik indi ağalarının qarşısında göz yaşı tökür, ağlayır, məzlum görkəm alır, quyruq bulayır. Bu əsl erməni simasızlığıdır, faşist təfəkkürüdür, qaniçən,vəhşi bir toplumun nə qədər təhlükəli bir virus olduğundan xəbər verir.

30 il ərzində işğalda saxladıqları Qarabağa divan tutan, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərini yer üzündən silən, qatı nifrət ruhunda azərbaycanlıların evlərini, tarixi, mədəni və dini abidələrini dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlıları, qadınları, qocaları, uşaqları qətlə yetirən, Xocalıda soyqırımı törədən, əsir və girovlara dözülməz işgəncələr verən Robert Köçəryanın, Serj Sərkisyanın  xunta rejiminin cinayətkar və qaniçən siması budur.

Görünən budur ki, gerçəkliyi gözə almayan erməni “ideoloq”ları yenidən öz xalqını müharibəyə səsləyir, azərbaycanlılara qarşı “sərt, ardıcıl, ağıllı və birgə iş” aparmağı söyləyirlər. Bu qədər həyasızlıq, idbarlıq olmaz, bu çirkli, yaramaz fikirləri dilə gətirən uduzan və məğlub edilən ermənidir. Bunların kilsəsi də, diasporu da, lobbiləri də, toplumun böyük əksəriyyəti də dünyanın bətnində bir yaradır, müalicəsi hələ tapılmayıb. Bu iyrənc yaranın bir hissəsini şanlı Azərbaycan ordusu məhv elədi,ancaq onların hələ də daha ciddi “müalicə”yə ehtiyacları var.

Rüsvayçı şəkildə məğlub olan Ermənistan həm də iqtisadi tənəzzülə uğrayıb, işğal altında saxladıqları münbit torpaqlar əllərindən çıxıb, Qarabağın təbii nemətlərindən məhrum olublar. Ona görə də ermənilərin vay-şivəni göylərə yüksəlib, qəsbkar və yırtıcı sifətləri, maskaları cırılıb, onların yalanlarına inananların sayı kəskin şəkildə azalıb. Müzəffər Azərbaycan ordusu Qarabağın ən münbit torpaqlarını, zəngin meşələrini, yerüstü və yeraltı sərvətlərini talayan ermənilərin iştah dişlərini sındırıb, qəsbkarlara layiq olduqları cəzanı verib.

Yeri gəlmişkən, 30 ilə yaxın işğalda saxladıqları torpaqlardan qanunsuz istifadə edən erməni toplumu bu cinayətə cavab verməlidir. İşğalçı və qəsbkar ermənilər 30 ilə yaxın Azərbaycan Respublikasının işğal altındakı ərazilərində 2300 hektar nar bağlarından istifadə ediblər. Azərbaycanın qalib çıxdığı savaşdan sonra nar bağlarının 1800 hektarı işğalçılardan azad edilib.

Ümumiyyətlə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 140 min hektar əkin sahəsi olub. İşğalçılar  hər il həmin torpaqların 100 min  hektarından  taxıl, tərəvəz və digər məhsullar əldə ediblər. Qondarma rejim həmin sahələr hesabına özünün taxıl ehtiyacını ödəyib və işğalçı Ermənistanın da azı 25 faiz taxıl tələbatını təmin edib.

Bu il aprel ayının ortalarında işğaldan azad edilən Ağdam rayonuna səfər zamanı dəhşətə gəldik ki, ermənilər uzun illər istismar etdikləri münbit torpaqları yandırıblar, əkin sahələrinə  ölümsaçan minaları toxum kimi səpiblər, dilsiz-ağızsız torpağın bağrını yarıblar, insanlığa yaraşmayan vəhşilik törədiblər.

Göründüyü kimi ermənilər həm də torpaqlarımızda iqtisadi cinayətkarlıqla müntəzəm məşğul olublar. Sərvətlərimizi qeyri-qanuni yolla talayıblar. Torpağı, Vətəni olmayan ermənilər əsrlər boyu azərbaycanlıların torpaqlarını istismar ediblər. İnanırıq ki, ermənilərin törətdiyi bu cinayətlər cəzasız qalmayacaq.

Bizim torpaqlarda “xoşbəxtlik” axtaran ermənilərin terrorçu dəstələrinin üzvləri indi Azərbaycan məhkəmələrində göz yaşı tökür, səhv etdiklərini bildirirlər, ağlayaraq əhf diləyirlər... Onları əhf etmək olarmı?

Salman ALIOĞLU,

“Respublika”.