Qərbi azərbaycanlıların qayıtma hüququnun tanınması növbəti zəfərimiz olacaq
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıtma hüququnun tanınması növbəti zəfərimiz olacaq

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə soyqırımlarına məruz qalıb. Qərbi Azərbaycan soydaşlarımızın min illər boyu sıx şəkildə yaşadığı coğrafi məkandır burada xalqımızın çox zəngin mədəni-tarixi irsi varQərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyasına hələ XVIII əsrdən başlanılıb. Tarixçi tədqiqatçıların fikrincə, azərbaycanlıların etnik təmizləmə deportasiyalara məruz qalmalarının əsas səbəbi regionun ölkənin milli tərkibinin dəyişdirilməsi üç mərhələdə - 1905-1920-ci illər, 1948-1953-, 1988-ci illərdə reallaşdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazilərdə ermənilər yaşayır.

Bütün bu proseslər zamanı erməni vəhşiləri azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini, minlərlə evi yerlə-yeksan edərək yandırıb, qoca, uşaq qadın demədən yüz minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Əhalisinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Bundan sonra ermənilər bu yerlərdən azərbaycanlıların izini itirmək məqsədilə qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana digər binaları darmadağın etmişlər. 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığı dağıtmışlar.

Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə biganə yanaşıb. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953- illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Bununla yanaşı, Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilmişdir.

1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə Qərbi Azərbaycan İcması adını almış təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın Vətən müharibəsindəki zəfəri nəticəsində artıq soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacaqları gün yaxındadır. 2022-ci il dekabr ayının 24-ü Qərbi Azərbaycan İcmasının, bütövlükdə Azərbaycan xalqının tarixində yeni bir hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirdi. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının da əsasını təşkil edir. Azərbaycan Prezidenti  ziyalılarla görüşündə demişdir: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Ölkə başçımız onu da qeyd edib ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ Qərbi Azərbaycana dinc yolla qayıdışın təmin olunmasıdır.

Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Bu il martın 28- Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin adıçəkilən əsas orqanlarının gündəliyinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, silahlı münaqişələrin, soyqırımlarının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu, İcmanın BMT tərəfindən yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

 Bu il aprelin 7- UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti universitetin İnkişaf Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov demişdir: "Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bugünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür". 

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Xalqımız əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, bizim legitim hüququmuzdur. Azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması məsələsinə bir sıra aparıcı beynəlxalq təşkilatların hər zaman göstərdikləri laqeydliyin davam edəcəyi heç kimə sirr deyil. Belə olan halda, məqsədimizə çatmaq üçün bizi qarşıda çox çətin mürəkkəb bir yol gözləyir. Qərbi Azərbaycan İcmasının institutlaşması, peşəkar bacarıqlı kadrlarla təmin olunması, beynəlxalq ictimaiyyətə müvafiq müraciətlərin göndərilməsi birinci mərhələnin başlanğıcı üçün atılan ən uğurlu addımlardandır. Hər qədər çətin proses olsa da, Prezident İlham Əliyevin səyləri nəticəsində Qərbi azərbaycanlıların pozulmuş hüquqları bərpa olunacaq onlar öz yurd-yuvalarına qayıdacaqlar.

Nəzrin CAVADZADƏ,

"Respublika".