Qərbi Azərbaycanda erməni terroru mərhələ-mərhələ aparılıb
Tarix

Qərbi Azərbaycanda erməni terroru mərhələ-mərhələ aparılıb

Ermənilərin 1885 -ci ildə Vyanada "Armenakan", 1886- ildə Cenevrədə "Hnçak", 1890- ildə Tiflisdə yaratdıqları "Daşnaksütyun" terrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin - Rusiya, Türkiyə İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq ideyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

Terrorçu, qəddar erməni daşnaklarının 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri vandalizm aktı məhz belə cinayətlərdən biridir.

1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.

Erməni millətçilərinin onların havadarlarının Qərbi azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri soyqırımı, etnik təmizləmə deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq bu ərazidə "böyük Ermənistan" dövləti yaratmaq olub. Xaç qardaşları olan çar Rusiyası həmişə faşist xislətli haylara arxa-dayaq olub. Türk xalqlarına qarşı qanlı cinayətlərin hazırlanmasında keşişlər bir-birinin "dilini" yaxşı başa düşüblər...

Terrorçu qəddar ermənilər 1918-ci ildə Qərbi azərbaycanlılar yaşadıqları ərazilərdə hansı cinayətləri törətməmişlər?

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçmişdilər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi var idi. Andranikin qoşunu 1918-ci ilin yazında, Novruz bayramı ərəfəsində Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini işgəncə ilə damlara doldurub yandırdılar. Andranikin qoşunu Naxçıvandan keçib Zəngəzur zonasında, Sisyan, Qafan rayonlarında olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini məhv etdi. Sisyan rayonunun Urud, Darbaş, Ağudi, Vacudu, Şükür, Məlikli, Şəki digər kəndlərinin sakinlərini damlara doldurub yandırdılar. Həmin günlərdə Qafan rayonunun Oxçu kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: "Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Cığı dərəsində müsəlmanları qırdılar".

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız ermənilər müsəlman kəndi olan Şabadinə bir neçə başqa kəndlərə hücum etdilər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çağırıb, böyük bir dama doldurub neft tökərək yandırmışlar.

Türk qanına susayan Andranikin quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, əhalisini yandırmışlar.

Özünü çox məharətlə bolşevik siması altında gizlətməyi bacaran, əslində "Daşnak" partiyasının ən fəal üzvlərindən olan Stepan Şaumyanın göstərişi ilə Dro Qanayanın müsəlman qanına susayan terrorçu dəstəsi İrəvandakı kəndlərə - Axta, Gərni rayonuna, Silikyanın diviziyası Bayazit, Basarkeçər Qaraqoyun dərəsi zonasında hücuma keçdilər. Dronun dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş başqa bir neçə kəndin əhalisini vəhşiliklə qətlə yetirdilər.

Ermənilər Kənəkir rayonunun indiki İrəvan şəhərini İrəvanətrafı rayonları su ilə təmin edən Qırxbulaq zonasında olan 40 kəndin əhalisini tamam məhv etmiş, bir nəfər olsun belə salamat qalan olmamışdır.

1918-ci ildə İrəvandakı qırğın zamanı şəhərin adamları qaçıb Göy məscidə dolmuşdular. Azərbaycanlılardan ibarət dəstələr silahlı qaydada məscidin hər tərəfini müdafiə etdilər. Qəddar, vəhşi ermənilər Uluxanlı kəndinin adamlarını qatarın 4 vaqonuna doldurmuş, elə vaqonda da hamısını amansızlıqla qırmışlar.

1918-ci ildə kütləvi qırğınlar Dərələyəzin Paşalı rayonunun Kotanlı, Herher, Bulaqlar, Çaykənd, Terp, Köşbək, Sofulu kəndlərində Yeğeqnadzor rayonunun Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaxlı, Nəbilər, Alxan, Təkəsli, Gülüdüz kəndlərində olmuş, Dronun qaniçən dəstəsi müsəlman yaşayan ərazilərdə hansı müsibətlər törətməmişlər?

1918-1919-cu illərdə ermənilər Vedi rayonunun Millidərə zonasında bir sıra vəhşiliklər törətmiş ermənilərin Alqırıq, Bayburd, Almərdan kəndlərini qırmağa başlayacaqlarını eşidən Kotanlı, Siyaqub, Körpükənd sakinlərinin bir hissəsi öz canlarını qurtarmaq üçün dağ yolları ilə Vedibasara qaçıb Abbasqulu bəyə sığınmışdılar. Abbasqulu bəyin yollara düzdüyü silahlı dəstələr ermənilərə ağır zərbələr vurub dinc əhalinin xilasına şərait yaratdı.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri sadalamaqla qurtarmaq olmaz.

1918-ci ilin Novruz bayramı günlərində diviziya komandiri Silikyanın terrorçu quldur dəstəsi Stepan Şaumyanın göstərişi ilə Göyçənin Basarkeçər rayonunun ərazisinə daxil olur. Ermənilər Şişqaya kəndinə daxil olarkən azərbaycanlıların müqaviməti ilə üzləşirlər.

Daşnaklar hiylə işlədərək Şişqaya kəndinin sakinlərini barışıq adı ilə böyük mal tövləsinə toplayırlar. Sonra isə qapılar qıfıllanır tövləyə od vururlar.

Erməni quldurları Kiçik Məzrə digər kəndlərdə yerli əhaliyə olmazın divanını tutur, diri-diri insanları su quyularına doldururdular. Novruz bayramı süfrələrini, Novruz tonqallarını darmadağın edirdilər.

1918-ci ildə Silikyanın dəstəsi 22 nəfərlə Kəlbəcərə yaxın olan Zod kəndinə daxil olur. Səməd ağaya təklif olunur ki, 10 gün müddətində erməni ordusuna xeyli miqdarda taxıl, ot verilməlidir. Səməd ağa, Məşədi İsa, Qlava Balı, bir sıra dilbilən adamlar bu məsələni tələm-tələsik müzakirə edirlər. Belə qərara alınır ki, əvvəla bu qədər taxıl vermək mümkün deyil, ikincisi taxıl verməyib erməni daşnaklarını buraxan kimi hücuma keçib camaatı qıracaqlar. Buna görə çıxış yolu təkcə budur ki, Silikovun terrorçu dəstəsini qırmaq lazımdır. Elə etdilər. Ermənilər tərəfindən açıq qoyulmuş qapı pəncərələrdən qəfil güllələr açılır. Bu atışmada Səməd ağanın bacısı oğlu Yunis bəy öldürülür. Silikyanın dəstəsi tamam məhv edilir. Ermənilərin quldur dəstəsi cəhənnəmə vasil olur. Erməni vandalları bu hadisəyə kimi Çamırlı, Yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, yandırmış, əhalisini qırmış, qadın, qoca, cavanları damlara doldurub yandırmışlar.

Zodda 1918-ci ildə Silikyanın dəstəsinin qırılması daşnakları müəyyən qədər zəiflətsə 1919-cu ildə ermənilərə Stepan Şaumyanın göstərişi ilə əlavə qüvvə göndərildi. Basarkeçərin Azərbaycan əhalisi ermənilərdən yaxa qurtarmaq üçün böyük itki verərək Gədəbəy Kəlbəcər istiqamətində qarlı yollar aşaraq Azərbaycana pənah gətirdilər.

Kəlbəcər yollarında neçə-neçə günahsız insan borana, çovğuna düşdü, dərələrə yuvarlandı. El arasında həmin yerlər "Sümüklü dərə" adlanırdı.

Bu qədər xəyanət zərbələrə məruz qalmasına baxmayaraq, xalqımız soyqırımı deportasiya faktlarını uzun zaman ictimai müzakirəyə çıxarmaq, beynəlxalq aləmdə ifşa etmək imkanına malik olmayıb. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı soyqırımı deportasiya siyasətinin mahiyyəti açıqlanıb ifşa olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin yayılmasına təkan verilib.

Ümumiyyətlə, 1918-1919-cu illərdə daşnaklar Qərbi Azərbaycanda - Vedibasar, Zəngibasar, Göyçə, Amasiya, Zəngəzur mahalı digər qədim Oğuz ellərində ağlasığmaz talanlar, amansız qətllər törətmiş, minlərlə müsəlman əhalisi işgəncələrə məruz qalmışlar. Ermənilərin amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldılar.

Qədir ASLAN,

"Respublika".