Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıb
Digər xəbərlər

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıb

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.

İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət incəsənət xadimlərinin, şair yazıçıların imzaladığı müraciətdə bildirilir:

"Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik.

1989-cu ildə yaradılmış təşkilatımız indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi mədəni irsi, o cümlədən məscidləri qəbiristanlıqları kütləvi miqyasda dağıdılıb.

Ermənistan hökuməti azərbaycanlı maddi qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı ondan sonrakı dövrdə baş verib. Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin monoetnik təkmədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilmişdir.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi təhrif edilməsi daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə "fars məscidi" kimi təqdim edilir. Əslində, məscidi inşa edən əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar.

Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.

Ermənistanın ayrı-seçkilik etnik təmizlik siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə dağıdıcı təsir göstərmişdir. Məsələn, Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin dayağı olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Ermənistan hökuməti hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini məzarını nümayişkaranə şəkildə dağıtmışdır.

Ermənistan tərəfindən azərbaycanlı mədəni irsinin dağıdılması zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə mədəni kimliyə təhlükə yaradır regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh barışığa ciddi maneə törədir.

Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə ləyaqətlə öz evlərinə qayıtmaları, qayıtdıqdan sonra kollektiv fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycanlı mədəni irsinin mülkiyyətinin bərpası, mühafizəsi saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir.

Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni, bütün müxtəlifliyi ilə insan yaradıcılığının onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir.

Ermənistan bizim qayıdışımızdan əvvəl, qayıdış dövründə sonra bu hüququmuzu təmin etmək üçün öhdəlik daşıyır.

Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası qorunmasında UNESCO-nun dəstəyini xahiş edirik. Bu ölkədəki azərbaycanlı mədəni irsinin vəziyyətini, habelə mədəni irsin mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı.

Təşkilatımız Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır".

Qeyd edək ki, müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Vatslav Balekə BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi xanım Aleksandra Xantakiyə göndərilib.