Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
Digər xəbərlər

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın insan hüquqlarına zidd davranışı barədə bəyanatında əksini tapıb. AZƏRTAC bəyanatı təqdim edir.

Bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Bu davranış təəssüflə qeyd edilməlidir. Belə ölkələrdən biri Fransadır. Fransanın etnik dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik dini azlıqların yaşadığı Fransanın, ümumiyyətlə, milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.

Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan Fransanın etnik təmizləmə yolu ilə monoetnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü "insan hüquqları ölkəsi" adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya UNESCO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.

Fransa, bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət verifikasiya mexanizmləri altında təhlükəsiz ləyaqətlə geri qayıtmaq bizim əzəli təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyətin bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin sülhün bərqərar edilməsi üçün zəruridir.

Fransaya çağırış edirik ki, öz ərazisindəki milli dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Mili Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin.