Qərbi Azərbaycan İcması ədalətin bərpasını, sülhü və birgəyaşayışı təşviq edir
Digər xəbərlər

Qərbi Azərbaycan İcması ədalətin bərpasını, sülhü və birgəyaşayışı təşviq edir

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli yeni bəyanat yayıb. Sənəddə deyilir ki, icma Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası ilə bağlı təmasların davam etdirilməsini dəstəkləyir. Amma buna paralel olaraq, Qərbi Azərbaycan icması da Ermənistan hökumətinin qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə danışıqlara başlamaq təşəbbüsünə cavab verməsini gözləyir. Bir növ icma Ermənistan hökumətini dialoqa çağırır.

Bu dialoqda Qərbi Azərbaycan İcmasının mövqeyi ondan ibarətdir ki, soydaşlarımızın öz tarixi torpaqlarında kollektiv fərdi yaşaması üçün Ermənistan zəmanət verməlidir. Yalnız bu halda Ermənistan Azərbaycan arasında etibarlı mühit formalaşar ki, bu da iki ölkə arasında sülhün yaranmasına səbəb ola bilər.

Həm Azərbaycanda yaşayan ermənilər, həm Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı müvafiq olaraq Azərbaycan dövləti Qərbi Azərbaycan İcmasıdır. Bu səbəbdən , sözügedən cəmiyyətlər erməni tərəfinin etnik uzlaşmama kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməsi üçün çalışır.

Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması üçün Qayıdış Konsepsiyası hazırlayıb buna uyğun olaraq xüsusi fəaliyyət proqramı həyata keçirir. Hazırlanmış konsepsiya beynəlxalq hüquq ədalətin bərpasını, sülh birgəyaşayışı ehtiva edir.

İndiki dövr isə Qayıdış Konsepsiyasının reallaşdırılması üçün ən uyğun zaman hesab oluna bilər. 44 günlük müharibəyədək olan zaman kəsiyində biz əsas diqqətimizi gücümüzü ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına yönəltmişdik. Artıq bu hədəfimiz reallaşıb. 44 günlük müharibə Müzəffər Ordumuzun parlaq qələbəsi ilə yekunlaşıb tarixi ədalət bərpa olunub. Bundan sonra qarşımızda duran prioritet hədəflərimizdən biri soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışına dinc yolla nail olmaqdır.

Jalə QASIMZADƏ,

"Respublika".