Qərbi Azərbaycan İcması bəyanat yaydı
Siyasət

Qərbi Azərbaycan İcması bəyanat yaydı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər.

Xatırladaq ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub onların mədəni irsini sistemli şəkildə dağıdıb. Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Qeyd olunub ki, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkaranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilər ilə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər.

"Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması bu ölkənin destruktiv siyasətini göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir", - deyə İcmanın Bəyanatında vurğulanıb.