Qərb qonşumuzun arzuları puç olur
Digər xəbərlər

Qərb qonşumuzun arzuları puç olur

Ermənistanın son illərdə necə deyərlər, arxasını söykədiyi bütün divarlar, sözün əsl mənasında, darmadağın olub. Sərhəd bölgəsində mütəmadi şəkildə törətdiyi terror aktları artıq dəstəklənmir. Öz "bacı qardaşından", rüşvət yolu ilə ələ aldığı təşkilatdan başqa bütün qurumlar açıq formada Hayastanın əməllərini qınayır.

Ermənistan adəti üzrə özünə yeni hədəf seçib. Bu dəfə hədəfdə Avropa İttifaqının missiyası durur. İlk zamanlar missiyanın bölgəyə gəlməsi üçün sözün əsl mənasında canfəşanlıq edən Hayastanın, ötən günlərdə təmas xəttində baş verən toqquşmadan sonra Avropa İttifaqına olan ümidləri puç olub. Çünki Paşinyan hakimiyyəti ittifaqın bir neçə yüz nəfərlik missiyasını iki illiyə təmas xəttində yerləşdirib, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdırmaq istəyirdi. buna əsasən , Azərbaycana qarşı təxribat törətdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirdilər. Lakin heç gözlədikləri kimi olmadı. Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə bildirir ki, ermənilər Avropa missiyasını onların Azərbaycana qarşı təxribatlarında yer almadıqlarına görə tənqid edirlər: "Ermənistan rəhbərliyi ictimaiyyəti hesab edirdilər ki, Avropa İttifaqının hərbi müşahidə missiyası Ermənistana gəldikdən sonra Azərbaycan əleyhinə bəyanatlar, sənədlər hazırlanacaq. Məhz bu məqsədlə Ermənistan bir neçə dəfə təxribata əl atdı, atəşkəsi pozdu. Hesab edirdi ki, Avropa missiyası Azərbaycana qarşı ciddi təzyiqlər edəcək. Amma göründüyü kimi, Avropa İttifaqı proseslərə obyektiv yanaşır. Mülki missiya Laçın istiqamətində Dığ kəndində Ermənistanın son təxribatlarında da neytral mövqedə çıxış etdi. Təbii ki, Avropa İttifaqı ona görə gəlməmişdi ki, burada münaqişə yaratsın, qızışdırıcı mövqe tutsun Ermənistan tərəfini müdafiə etsin. Sadəcə olaraq Ermənistan rəhbərliyi ictimaiyyəti buna ümid edirdi. Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi birləşmələrinin sərhəddə yerləşdirilməsi istiqamətində çıxışları, təklifləri məhz Avropa İttifaqının mülki missiyasına qarşı narazılığından irəli gəlir. Onların "fəaliyyətsizliyi" üzündən KTMT-nin hərbi birləşmələrini sərhəddə yerləşdirmək istəyir.

Ümumiyyətlə, Avropa İttifaqının hərbi müşahidə missiyasının fəaliyyəti Ermənistan ərazisində olmasına baxmayaraq, onlar bir çox məsələlərdə Azərbaycanla koordinasiyalı şəkildə işləyir, ölkəmizin mövqeyini dəstəkləyir. Onlar heç sərhədə belə yaxınlaşmayıblar kənarda yalnız texniki vasitələrlə şərti sərhədi izləyiblər.

Göründüyü kimi, Azərbaycan tərəfi ümumiyyətlə, Ermənistan ərazilərinə girməyib. Avropa İttifaqı da bunu çox yaxşı bilir, bütün təxribatların arxasında Ermənistanın olduğu da onlara bəllidir. Buna görə İrəvanın anti-Azərbaycan siyasətində yer almadılar. Bu isə Ermənistanı qane etmir".

Töhfə SƏMƏDOVA,

"Respublika".