Qəlbimizdə əbədi yaşayanlar
Region

Qəlbimizdə əbədi yaşayanlar

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il tarixi Zəfər ili kimi xatırlanacaq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün böyük qürur hissilə yaşayır. Bu tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər zabitlərinə, hərbiçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə ömür boyu minnətdar olacağıq.

Otuz illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Beyləqan rayonunun igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. Qazi olublar, Uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəliblər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Kəbirli, Yuxarı Kəbirli, Örənqala Təzəkənd kəndlərindən olan şəhid ailələri ilə birlikdə 1-ci 2-ci Qarabağ müharibəsinin şəhidlərinin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

İcra başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti xalqımız var olduqca şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını vurğulayıb. İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin göstəriş sərəncamlarına əsasən vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli qayğı ilə əhatə olunur bundan sonra da olunacaqdır. Şəhid ailələri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ərəstun ABDULOV,

Respublika”.