Qəbələ: Şəhid ailələrinə qayğı daimidir
Region

Qəbələ: Şəhid ailələrinə qayğı daimidir

Rayon icra hakimiyyətinin nümayəndələri və icra hakimiyyəti yanında ictimai nəzarət şurasının üzvləri 44 günlük Vətən müharibəsi şəhidi Babayev Ağaşirin Feruz oğlunun ailəsini evlərində ziyarət ediblər. Ziyarətçilər şəhidin ailə üzvləri ilə söhbət edib, problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən dövlət dəstəyinə, diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

M.NƏRİMANOĞLU,

"Respublika".