Qazimiz xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb
Sosial həyat

Qazimiz xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb

Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Həmin gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən Vətənə ayaqları üstündə qayıdıb.

Qazimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.

AZƏRTAC