Qaz qurğuları, qazdan istifadəyə dair tələblər və təhlükəsizlik qaydaları təsdiqlənib
Digər xəbərlər

Qaz qurğuları, qazdan istifadəyə dair tələblər və təhlükəsizlik qaydaları təsdiqlənib

Qaz qurğuları, qazdan istifadəyə dair tələblər və istismar zamanı təhlükəsizlik qaydaları təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərarlar imzalayıb.

Qərarlara əsasən, "Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair" və "Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair" tələblər və "Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası" qaydası təsdiq edilib.

Təsdiq edilmiş qərarlarda:

- qaz qurğularının tikinti-quraşdırma işlərinin tikinti obyektlərinin qaz təchizatına dair layihə sənədinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun həyata keçirilməsi,

-istehlakçılar tərəfindən qaz qurğularının onların texniki pasportlarında göstərilmiş qaydada təhlükəsiz istismar edilməsi və işçi vəziyyətdə saxlanılması,

-istehlakçıya satılan qazın keyfiyyət göstəricilərinin qüvvədə olan dövlət standartlarının tələblərinə uyğunlaşdırılması,

-qaz qurğularının qazın atmosferə buraxılmamasına dair tələblərin müəyyən edilməsi və bu sahədə mütəmadi nəzarətin həyata keçirilməsi,

-tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsinin və tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilməsi,

-istehlakçılar tərəfindən tüstü bacalarının təhlükəsiz qaydada istismar edilməsi və işçi vəziyyətdə saxlanılması təmin ediləcək.