Qarğıdalının   əkin  sahələri  və   istehsalı  artıb
İQTİSADİYYAT

Qarğıdalının   əkin  sahələri  və   istehsalı  artıb

Azərbaycan Respublikası müstəqillik   əldə  etdikdən   sonra əhalinin zəruri  ərzaq  məhsulları  ilə  etibarlı   təminatı dövlətin ən   prioritet  məsələsi  oldu. Çünki  iqtidarda  olan  AXC-Müsavat cütlüyünün respublikamızı  yarıtmaz, səriştəsiz  idarəetməsi, Ermənistanın   ölkəmizə   hərbi   təcavüzü, keçmiş   müttəfiq   respublikalar  arasında iqtisadi  əlaqələrin  qırılması  Azərbaycanda qıtlıq, hətta  aclıq   yaratmışdı.

Odur  ki, xalqın  təkidli   tələbi və  xahişi   ilə ikinci dəfə ali hakimiyyətə   gələn   ümummilli  lider Heydər  Əliyevin  Aqrar   siyasətdə  ərzaq   təyinatlı   məhsulların   istehsalına,    xüsusilə  taxılçılıqda  qarğıdalı  əkininə  ciddi   fikir  verilir.

Elə  tarixən  də   qarğıdalı  əkini  Azərbaycanda  aparıcı  rola  malik  olub. Əsl  vətəni  Meksika   olmasına   rəğmən,   yüz  illərdir  ki, Azərbaycanda  kütləvi   surətdə əkilir  və  becərilir. Bu  da  təsadüfi  deyil. Tərkibində  çoxlu   miqdarda karbohidrat  olması   qağıdalını  insan  enerjisi   üçün   əvəzedilməz   edib. A  və B2  vitaminləri  ilə zəngindir, qan  şəkərini  tənzimləyir, ürək   xəstəliklərinin  qarşısını  alır. Müalicəvi  əhəmiyyət   daşıdığına  və   insan  orqanizmi   üçün  çox  faydalı  olduğuna  görə əkinçilik  mədəniyyətimizdə  müstəsna  yer  tutur.

Onun   əkin  sahələri   respublikamızda son   illər   30-35   min   hektar   arasında  dövr  edir. Amma  hər   hektardan   məhsuldarlığı  çox   yüksəkdir -- 60   sentnerdən   yuxarı. Yeri   gəlmişkən   qeyd    edək   ki, hətta   inkişaf    etmiş   ölkələrdə    qarğıdalıçılıq  sahəsində   belə  yüksək   məhsuldarlıq  yoxdur.

Ayrı-ayrı  bölgələrdə   isə  məhsuldarlıq  daha   yüksəkdir. Məsələn,  2021-ci  ilin  yekununda Balakəndə 7577,  Zaqatalada 3537, Ağcabədidə isə 2262  hektarda qarğıdalı   əkilmişdi  və  bu   rayonlar   ölkədə  qarğıdalı   istehsalı   sahəsində   lider   idilər. Ən yüksək məhsuldarlıq   isə həmin  il   Hacıqabul  (hər   hektardan  1142,6 sentner), Bərdə  (446,3), Tovuz (266,6 sentner)  rayonlarında  olub.

Ötən  ilin  10  ayında  da  göstəricilər  ürəkaçandır. Balakəndə  50  min tondan, Zaqatalada  21  min, Şəmkirdə 14  min, Ağcabədidə 13  min, Sabirabadda  12  min   tondan  artıq  məhsul   toplanıb. Məhsuldarlıq  isə  hər   hektardan 10   ayda Samux  və Masallı  rayonlarında 300  sentnerə  yaxın, Ağcabədi, Bərdə, Sabirabad  rayonlarında isə  160-120  sentner   ətrafında  olub.

Nəriman  CAVADOV,

“Respublika”.