Qardaş ölkənin texnologiya sahəsindəki uğuru -  TEKNOFEST
Türk dünyası

Qardaş ölkənin texnologiya sahəsindəki uğuru -  TEKNOFEST

Dünya ölkələrinin texnologiya sahəsindəki inkişaf prosesində müxtəlif beynəlxalq tədbirlərin, festivalların yarışların keçirilməsi müstəsna rol oynayır. Bu tədbirlərdə iştirak etmək dövlətlərin modern dünyaya açılmasına da geniş imkan yaradır. Texnologiya sahəsində öz sözünü deyən ölkələrdən biri qardaş Türkiyədir. Türkiyənin bu istiqamətdə keçdiyi inkişaf yolu dövlətin adını texnologiya sahəsindəki qabaqcıl dünya ölkələri siyahısına əlavə etmişdir. Qardaş ölkənin təşkil etdiyi "Teknofest" Aerokosmik Texnologiya Festivalı da Türkiyənin nüfuzuna mühüm töhfələr vermişdir.

2018-ci ildən bəri keçirilən bu festivalın əsas məqsədi cəmiyyətdə, xüsusən gənc nəsil arasında texnologiyaya marağı artırmaqdır. Belə ki, festival çərçivəsində müxtəlif fənlər kateqoriyalar üzrə texnologiya yarışları təşkil edilir ki, bu da insanların diqqətini cəlb edir. 2018-ci ildə keçirilən festivalda 14 fərqli kateqoriyada texnologiya yarışlarında iştirak üçün ümumilikdə 4333 komanda 20 min gəncin müraciət etməsi bunun bariz nümunəsidir. Növbəti illərdə isə müraciətlərin sayıdaha da artmışdır.

Qardaş ölkənin təşəbbüsü ilə təşkil olunan bu yarışa Azərbaycanda da böyük maraq göstərilir. 2022-ci ildə keçirilən "Teknofest" isə ilk dəfə olaraq ölkə xaricində - Azərbaycanın paytaxtı Bakıda baş tutub. Belə bir əlamətdar hadisənin məhz respublikamızda reallaşması qardaşlığa ən gözəl nümunə hesab olunur. "Türkiyə Texnologiya Komandası" - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Türkiyə Respublikasının Sənaye Texnologiya Nazirliyi tərəfindən təşkil olunan festivala 10 fərqli kateqoriya üzrə 1010 komanda 5636 nəfərin müraciəti qəbul edilmişdir. Ölkəmizdə keçirilən "Teknofest" çərçivəsində isə müxtəlif texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti "Rocket League" videooyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil edilmişdir. Festivalın ən yaddaqalan hissəsi isə sərgidir. Belə ki, sözügedən sərgidə tərəfdaş şirkətlərin məhsulları, eləcə gənclərin hazırladıqları prototiplər STEM (Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik Mathematics - riyaziyyat) layihələri, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları helikopterlər nümayiş olunmuşdur. Bundan başqa, Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət startapın məhsul həlləri, həmçinin dövlətimizin yerli istehsalı olan pilotsuz uçuş aparatları (PUA) da sərgilənmişdir.

Bu il aprelin 27- Türkiyənin ən böyük şəhəri olan İstanbulda baş tutan festival may ayının 1-dək davam edəcək. Azərbaycan da hazırda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla festivalda təmsil olunur.

Tədbirdə Azərbaycanın Kosmik Agentliyi olan "Azərkosmos"un da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar tələbələr üçün 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatların da nümayişi həyata keçirilir. Festivala üz tutanlara "Onno", "PENÇE", "Uvodo" "WakeX" adlı startap-layihələr, "Kızılelma" "VR Ay səyahəti" kimi oyunlar da təqdim olunur. Teknofest zamanı Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim tələbə heyəti ilə görüşlərin keçirilməsi festivalın elmə, texnologiyaya verdiyi dəyərin göstəricisidir.

Əlavə olaraq, "Teknofest" festivalı Türkiyə ilə sarsılmaz əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasının, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın hərbi qüdrətin rəmzidir. 30-dan çox ölkənin iştirak etdiyi tədbir Azərbaycan Türkiyənin iqtisadi, hərbi mədəniyyət sahələri daxil olmaqla elm texnika sahəsində birliyinin təcəssümüdür. Şübhəsiz ki, belə tədbirlərin keçirilməsi digər dövlətlər üçün faydalıdır. Belə festivallar elmi, təfəkkürü, yaradıcılığı birləşdirməklə yanaşı, bəşəri əlaqələrin yaxşılaşdırılmasına, əməkdaşlığın şaxələndirilməsinə, bilikli yaradıcı insanların təkmilləşdirilməsinə xidmət edir. Yeni innovasiyaların tətbiq edilməsi kainatın gələcəyi, inkişafı üçün qədər vacibdirsə, insanların kamilləşməsi baxımından da mühümdür.

Nəzrin ELDARQIZI,

"Respublika".