Qarabağda düşmənin gizli izləri silinəcək
Digər xəbərlər

Qarabağda düşmənin gizli izləri silinəcək

Separatçılar, xunta rejimi, Ermənistandan gələn emissarlar, ermənipərəst dövlətlərin xəfiyyələri Xankəndidəki ətraf ərazilərdə məskunlaşan Azərbaycanın erməni vətəndaşlarını girovluqda təzyiq altında saxlamaq üçün yalan saxta açıqlamalar, bəyanatlar verirlər.

Bu işdə əlləri korrupsiyaya təxribatlara bulaşan təcavüzkar ermənilər zəbt etdiyi vəzifələrdən qovulan, talançı, oğru Vardanyan daha çox baş aparır. Ərazilərimizdə müvəqqəti nəzarət həyata keçirən Rusiya sülhməramlılarının arxasında gizlənən, erməniləri aclığa səfalətə sürükləyən R.Vardanyan başından yekə danışaraq Azərbaycanı təhdid edir, hədələyir, şantaja keçir böhtan, iftira atmaqdan çəkinmir. Əslindəbu dələduz milyarderi Xankəndidə qoruyub saxlayanların kimliyi məlumdur Cənubi Qafqazdakı kirli caynaqları ilə ermənilər arasında qarşıdurma yaratmaq məqsədi güdürlər. Əbəs yerə özlərini yormasınlar, ermənilərin dabbaqda gönünə bələdik, bəlionlar Xankəndidə bəzi qruplar arasında qarşıdurma yarandığı haqqında tez-tez yalan məlumatlar yayırlar. Əslində, ermənilərin "birlik" təşkilatlarının yaranması kökü çox dərinlikdədir, ermənilərin boğazına diri ilan dolasan da bu barədə danışmırlar.

Maskası cırılan, desant sifəti açılan, hiyləgər Vardanyanı Qarabağda mühafizə edən Rusiya sülhməramlıları açıq-aşkar üçtərəfli Bəyanatın müddəalarını kobud surətdə pozur, təxribatçılara, qanunsuz silahlı dəstələrə kuryerlik edirlər. Ona görə Vardanyan torpağımızda bizə meydan oxumaq cəsarəti göstərirərazi bütövlüyümüzüsuverenliyimizi təhdid edirdövlət içində "dövlət" qurur. Rusiya isə Qarabağa gündə bir komandan göndərir, imza atdıqları üçtərəfli Bəyanatın müvafiq maddələrini yerinə yetirmirSeparatçılara, təxribatçılara, cinayətkarlara meydan yaradan Rusiya sülhməramlılarının rəhbərliyi öz Prezidentlərinin imzasına belə hörmət qoymurlarAdıçəkilən Bəyanatın 11-ci bəndində  deyilir: "Rusiya Federasiyası Azərbaycan Respublikası öz ərazilərində təşkilatların şəxslərin digər tərəfin dövlət suverenliyinəmüstəqilliyinə ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar". Alınırmı?! Əsla yox, əksinə, həmin ünsürlərə şərait yaradılır. Üçtərəfli Bəyanatın 18-ci bəndində aydınca yazılıb: "Rusiya Federasiyası Azərbaycan Respublikası beynəlxalq terrorçuluqekstremizm separatçılıq təhdidlərinə...  eləcə digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə onların neytrallaşdırılmasında səylərini birləşdirirlər". Bu günə qədər Rusiya sülhməramlıları Xankəndidə ətraf ərazilərdə terrorçulara qarşı hər hansı bir əməliyyat keçirməyib, əksinə, həmin cinayətkarlara silah-sursat daşınmasına yardım edir, ermənilərə ərzaq bağlamaları paylayır, məktəb tikir, yol çəkir, bir sözlə, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olurlar. Hətta rus kontingentinin keçmiş komandanı Volkov azərbaycanlı jurnalistlərin sualına cavab verərkən erməni silahlı separatçılarını "yerli qanuni strukturlar" adlandırdı. Bu, əsl riyakarlıq həyasızlıqdan başqa bir şey deyil.

Rusiya sülhməramlıları ilə dil tapan separatçılar Laçın-Xankəndi yolu ilə qanunsuz silahlı dəstələrə silah-sursat daşıyır, terrorçuları müxtəlif ölkələrdən Xankəndiyə gətirir, Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarını istismar edirdilər. Buna görə ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa rayonundan keçən hissəsində azərbaycanlı ekofəallar könüllü gənclər etiraz aksiyalarına başladılar. Yolu kəsilən cinayətkar ermənilər ərazidəki torpaq yollardan istifadə etdilər. Həmin silahlı dəstələri zərərsizləşdirərkən üç hərbi qulluqçumuz şəhid oldu. Nəhayət, Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın yolunun başlanğıcında, suveren ərazilərimizdə  nəzarət-buraxılış məntəqəsi yaratdıRusiya sülhməramlılarının komandanı Ermənistan dərhal bu qanuni addıma reaksiya verdilər, hay-küy saldılar, Fransanı köməyə çağırdılar, necə deyərlər, əlləri ətəklərindən uzun qaldı, sərhədimizdə güclü nəzarət bərpa edildi. Ancaq məni bir məsələ düşündürür, Xankəndidəki separatçılar elə səs-küy salmadılarQarabağın dağlıq hissəsinə yaxşı bələd olduğum üçün şübhələnirəm ki, ermənilər Xankəndidən başlayan, dağlıq ərazilərdən  Xaçınçay üzərindəki körpüdən keçərək (həmin körpü keçmiş sovetlər dönəmində tikilib ətrafdakı Azərbaycan kəndlərinin heç birindən keçmir) Dovşanlı, Vəngli (hər iki kənddə ermənilər yaşayır) kəndləri ərazisindən Ermənistana gedirlər. Bu yol əslində, keçmişdən gizli yol hesab olunur. Təki, şübhələrim yanlış olsun, ancaq qəhrəman hərbçilərimiz həmin yolu nəzarətə götürməlidirlər. Bu yol Rusiya sülhməramlılarının nəzarət zonasındadır.

Yaxşı bilirik ki, Rusiya hərbi kontingenti Qarabağda müvəqqətidirUzağı 2025-ci ilədək! Lakin onlar ermənilərə havadarlıq edərək separatçılara revanşistlərə ümid verirlər. Qəsddən bilərəkdən aranı qarışdırmaq istəyirlər, mandatlarını uzatmağa çalışırlar. Dövlətimizin başçısı İlham Əliyev  bu fikirdə olanlara açıq mətnlə bildirib kiDağlıq Qarabağ konflikti artıq tarixdirYəni  bundan sonra tarixçilərin məşğul olacağı mövzudurƏsla siyasətçilərindiplomatların ələlxüsus da dövlət başçıları rəsmilərin yox...  Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə gedən deyil. Çox təəssüf ki, ermənilər bu aydın həqiqəti dərk etmirlər.

Xankəndidə ətraf ərazilərdə gizli izlər müşahidə edilir. Özü bu yalquzaq, qurd izi deyil, daha çox çaqqal tülkü izləridir, həm daha çox tələyə düşərək hər tərəfi cırmaqlayan tülkülərin izi. Yəqin ki, həmin izlər qəhrəman ordumuzun bölmələri tərəfindən silinəcək, nəhayət, bu yerlərə sülh, əmin-amanlıq gələcək, qədim yurd yerimiz Xankəndidə ətraf ərazilərdə ermənilərin qorxulu röyasına çevrilmiş üçrəngli bayrağımız dalğalanacaq!

Salman ALIOĞLU,

"Respublika".