Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur
İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur

İnfrastruktur layihələri planlı həyata keçirilir

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açıldı. Rəşadətli Ordumuz üzərinə düşən missiyanı yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin ön xətdə uğurlu döyüş əməliyyatları Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edildi.

Bu gün Qarabağda Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər Vətən müharibəsində qazandığımız uğurların nəticəsidir. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verilmişdir. İrimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri sürətlə həyata keçirilir. Qarabağın Şərqi Zəngəzurun bərpası, bu bölgələrdə zəruri quruculuq işlərinin aparılması ölkəmizdə prioritet istiqamət kimi müəyyən edilmişdir bu, uğurla davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının əhalinin yüksək səviyyəli həyat şəraitinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində avtomobil dəmir yollarının tikintisi, müxtəlif yaşayış məntəqələri arasında, eləcə bu məntəqələri ölkənin digər şəhər rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Prezident İlham Əliyev fevralın 26-da İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri ilə görüşü zamanı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə toxunaraq Qarabağda Şərqi Zəngəzurda yenidənqurma layihələrinin bizim üçün ən prioritet sahələrdən biri olduğunu vurğulayıb.

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında altı istiqamət üzrə prioritetlər müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, "yaşıl enerji", nəqliyyat-logistika turizm. Sözügedən ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti nəqliyyat potensialı nəzərə alınaraq regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Belə ki, Şuşa şəhəri mədəniyyət paytaxtımız rolunda çıxış edir, Ağdam şəhəri yüngül sənaye xidmət, Zəngilan, Cəbrayıl Füzuli rayonları nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik "yaşıl enerji", Laçın Kəbəcər rayonları dağ-mədən sənayesi, turizm, "yaşıl enerji" heyvandarlıq mərkəzlərinə çevrilir. Yaradılacaq bu mərkəzlər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək. Qarabağda Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq. Bu ərazilərdə su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir.

Tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən dövlət başçısı bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış keçmiş köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər belə deməyə əsas verir ki, çox keçməyəcək, bu torpaqlarda həyat qaynayacaq, həmin ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. İki ildən artıq müddət ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırılmış, eyni zamanda yenilərinin təməli qoyulmuşdur. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir.

M.MİRZƏ,

"Respublika".