“Qarabağ bizimdir!” şeir müsabiqəsi
Sosial həyat

“Qarabağ bizimdir!” şeir müsabiqəsi

Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə II Qarabağ müharibəsinə həsr olunmuş “Qarabağ bizimdir!” mövzusunda şeir müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd Vətən müharibəsinin ildönümünün qeyd olunması,  gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, Vətən müharibəsi şəhidlərinin anılması olub. Müsabiqədə 23 nəfər gənc iştirak edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən Eldar Hüseynli birinci yerə, Dilşad Əzimzadə ikinci yerə, Fatimə Xudiyeva üçüncü yerə layiq görülüb. Münsiflərin gəldiyi qənaətə görə hər üç gəncin şeirləri doğma Qarabağa məhəbbət, xalqımıza Zəfər qazandıran igid əsgərlərimizin, şəhidlərin, qazilərin qəhrəmanlığı poetik dillə qələmə alınmışdır.
Qaliblər Şirvan Gənclər Evi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 Tofiq HÜSEYN,

 “Respublika”.