Qanunsuz hasilat faktları ilə bağlı üç cinayət işi başlanılıb
Digər xəbərlər

Qanunsuz hasilat faktları ilə bağlı üç cinayət işi başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğunun ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba rayonunun ərazisində yerləşən "Talıbqışlaq" və "Qudyalçay" qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə üç cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun istintaq idarəsinə göndərilib.

AZƏRTAC