Qafqaz Müsəlmanları İdarəsinin sədri müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Sosial həyat

Qafqaz Müsəlmanları İdarəsinin sədri müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam aləminin ən əziz müqəddəs günü, Uca Yaradana sədaqətin İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Təaladan səadət rifah, xeyirli bərəkətli ömür arzulayıb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə deyilir: “Allaha şükürlər olsun ki, builki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini - Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana dövlətimizə sonsuz həmd-sənalar edirik!

Biz fəxr edirik ki, bu Qələbənin müəllifi sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahidi oldu. Buna görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam ümidlə baxırıq inanırıq ki, Allahın köməyi ilə xalqımız öz Müzəffər Lideri İlham Əliyev cənabları onun silahdaşı Mehriban xanım ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, İnşallah.

Builki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 20-21 iyul tarixinə təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü - 18-19 iyul tarixlərini qeyri- günü elan edib bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində, 20-22 iyul tarixlərində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.

Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin xalqımızın üzərində olsun!

Qurban bayramımız mübarək olsun!”.

AZƏRTAC