“Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində əməkdaşlıq razılaşması
Elm və təhsil

“Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində əməkdaşlıq razılaşması

Bakı Mühəndislik Universiteti ilə “Azerbaijan Coca-Cola Bottlers” MMC arasında “Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində əməkdaşlıq razılaşması imzalanıb. Razılaşmaya uyğun olaraq tərəflər sözügedən proqram əsasında qadınların təhsil və karyerasına dəstək olmaq üçün birgə fəaliyyət göstərəcəklər. Belə ki, sənəd tələbələrin təhsil həyatında dəstəklənməsi, liderlik bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, eyni zamanda onların şirkətin fəaliyyətinə cəlb olunması, işlə təmin edilməsi məqsədi daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Havar Məmmədov mövcud razılaşmanın qadın tələbələr qarşısında geniş imkanlar açacağına və onların gələcək fəaliyyətlərində faydalı ola biləcəyinə ümidvar olduğunu bildirib.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova isə “Qadınlar üçün Təqaüd Proqramı”nın MMC-nin insan resurslarına olan tələbatının ödənilməsi məqsədilə hazırlandığını qeyd edib.  

Görüşdə əməkdaşlığın detalları geniş müzakirə olunub, həmçinin tərəflər arasında maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

M.MİRZƏ,

“Respublika”.