PUA müsabiqəsi çərçivəsində tələbələrdən ibarət komandalar müxtəlif tipli modelləri layihələndirir
İQTİSADİYYAT

PUA müsabiqəsi çərçivəsində tələbələrdən ibarət komandalar müxtəlif tipli modelləri layihələndirir

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində Azərkosmos və TUBİTAK-ın tərəfdaşlığı ilə Pilotsuz Uçuş Aparatları (PUA) müsabiqəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, PUA müsabiqəsində tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan yaradır. Müsabiqənin şərtlərinə əsasən qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirməyi bacarmalıdırlar.

Müsabiqə yalnız tələbələr arasında keçirilir.

AZƏRTAC