#prokurorluqdanizah həştəqi ilə təqdim olunan növbəti videoçarxda cinayətlərin təsnifatı mövzusuna dair suallar cavablandırılıb
Digər xəbərlər

#prokurorluqdanizah həştəqi ilə təqdim olunan növbəti videoçarxda cinayətlərin təsnifatı mövzusuna dair suallar cavablandırılıb

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Cinayətlərin təsnifatı necə aparılır?”, “Böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər dedikdə nə nəzərdə tutulur?” suallarını cavablandırıb.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.

AZƏRTAC