Prokurorluq orqanları tərəfindən yanvarın 1-dək 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib
Digər xəbərlər

Prokurorluq orqanları tərəfindən yanvarın 1-dək 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul olunmuş "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın icrası çərçivəsində 2022-ci il yanvarın 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Həmin şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

AZƏRTAC