Prokurorluq orqanları tərəfindən indiyədək amnistiya aktına əsasən 140 şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib
Digər xəbərlər

Prokurorluq orqanları tərəfindən indiyədək amnistiya aktına əsasən 140 şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib

Prokurorluq orqanları tərəfindən indiyədək amnistiya aktına əsasən 140 şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

AZƏRTAC