Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Digər xəbərlər

Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə tapşırıqlarına uyğun olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Qeyd edək ki, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013- illərdə II, 2013-2016- illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Monitorinqlər çərçivəsində milli qanunvericiliyin, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.

Uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ekspertlərindən ibarət nümayəndə heyətinin cari ilin 17-21 aprel tarixlərini əhatə edəcək Bakı şəhərinə səfəri başlayıb.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb, habelə, hazırkı dəyərləndirmənin milli qanunvericiliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bundan sonra OECD-nin Şərqi Avropa Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin sədri Draqo Kos Ekspertlər Qrupunun rəhbəri Jolita Vasiliaskuayte Şəbəkənin hazırkı fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatları, indiyədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bölüşüb, daha sonra ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.

Ölkəmizin OECD-nin Şərqi Avropa Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi tərəfindən V raund qiymətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.

Ülvi QARAYEV,

Respublika”.