Prokurorluq işçilərinin peyvənd olunmaları diqqət mərkəzində saxlanılır
Digər xəbərlər

Prokurorluq işçilərinin peyvənd olunmaları diqqət mərkəzində saxlanılır

Azərbaycanda həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd edilirlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günədək I doza üzrə əməkdaşların 97 faizi, II doza üzrə 95 faizi və "buster" doza ilə 61 faizi vaksin olunub.

Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılır. Koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul etmiş əməkdaşların "buster" doza ilə peyvəndlənmələri davam etdirilir.

AZƏRTAC