Prokurorluq: Füzuli rayonu ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Prokurorluq: Füzuli rayonu ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

İyulun 8-də saat 14 radələrində iki nəfərin Füzuli rayonunun isgaldan azad edilmis ərazisində minaya dusmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları muəyyən edilib.

Hazırda faktla baglı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AZƏRTAC