Prezident seçkilərinin ikinci turu başlayıb
Digər xəbərlər

Prezident seçkilərinin ikinci turu başlayıb

Mayın 14- Türkiyə Cümhuriyyətində cümhurbaşkanı parlament seçkiləri keçirilib. İlk turun nəticəsi olaraq "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,89 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,17 faiz səs toplayıb. Lakin prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28- keçiriləcək.

Hazırda xarici ölkələrdəki Türkiyə konsulluğuna yaxınlaşaraq səs vermək mümkündür. Ölkəmizdə bu proses mayın 20- başlayıb. Səsvermə 3 gün, səhər saat 8-dən, axşam 10-a qədər davam edəcək. Seçicilər Bakıdakı türk səfirliyinin, həmçinin Gəncə Naxçıvandakı baş konsulluqların binalarında səs verə bilər.

Artıq yüzlərlə türkiyəli vətəndaş səs vermək üçün sözügedən ünvanlara üz tutub. Sandıqlara ciddi formada nəzarət olunur, həmçinin iqtidar müxalif partiyanın üzvləri hazırda yerlərdədirlər. Səsvermə sona çatdıqda sandıqlar birbaşa Türkiyə Cümhuriyyətinə göndəriləcək orada sayılacaq.

Türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan bildirir ki, Azərbaycanda 11 mindən çox türk seçicisi var: "Bütün xarici nümayəndəliklərdə olduğu kimi, Azərbaycanda da ikinci tur üçün səsvermə prosesinə start verilib. Əvvəlki seçkilərdə Azərbaycanda seçicilərin əksəriyyətinin Cümhur İttifaqına cənab Ərdoğana səs verdiyini gördük. Biz ikinci turda da bu seçkilərə oxşar nisbət gözləyirik. Təbii ki, iştirak nisbəti çox önəmlidir. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, xüsusən Avropa ABŞ-da səsvermə prosesləri davam edir. Önəmli olan iştirakçıların sayıdır. Yəni xaricdəki türk seçiciləri üçün ayın 20-dən başlayacaq ikinci turda mayın 28- Türkiyədə prezidentliyə namizədlik üçün keçirilən səsvermədə veriləcək səslər əhəmiyyətlidir. İstər Azərbaycanda, istərsə digər xarici ölkələrdə fəallıq səviyyəsi Türkiyədəki seçkilərə təsir edəcək".

Töhfə SƏMƏDOVA,

"Respublika".