Prezident seçkilərində II turla bağlı hazırlıqlar davam edir
Türk dünyası

Prezident seçkilərində II turla bağlı hazırlıqlar davam edir

Türkiyədə ikinci tur prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Əhali böyük müdrikliklə yeni dövlət başçısını seçmək üçün  seçmə hüquqlarından istifadə edərək, may ayının 28- yenidən  sandıq başında bir araya gələcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün artıq səsvermə prosesi başlayıb

May ayının 20-dən  etibarən 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Respublikadan kənarda 3400-dən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaşın iştirak edə biləcəyi bildirilir. Seçicilər, onlar üçün yaradılmış seçki məntəqələrinə gedərək  istədikləri namizədə səs verə biləcəklər. Ölkənin sərhəd-buraxılış məntəqələrində, hava dəniz limanlarında da səsvermə məntəqələri  yaradılıb. Bu da ölkəyə gələn ölkədən çıxan türk vətəndaşlarının səs vermələrini asanlaşdırıb. Verilən məlumata görə xarici ölkələrdə yaşayan   türk vətəndaşlarından bir milyondan çoxu artıq  öz seçimlərini ediblər. Seçki prosesi mayın 24-dək davam edəcək. Sonra seçki bülletenləri protokolları Ankaraya  gətirilərək Yüksək Seçim Kuruluna  (YSKtəslim ediləcək. Bazar günü saat 20.00-dan etibarən nəticələri açıqlanacaq.

Seçki günü seçicilərin  iradə azadlığının təhlükəsizliyinin qorunması üçün gərəkli tədbirlər görülür. Güc strukturlarının  əməkdaşları seçkilərdə təhlükəsizliyin təmin olunmasına   səsvermə məntəqələrinin mühafizəsinə cəlb edilib. Namizədlərin təhlükəsizliklərinin təmin edilməsi liə bağlı zəruri tədbirlərin  görüləcəyi bildirilir. İctimai   partiya binaları, xarici ölkənin nümayəndilikləri üçün mühafizə tədbirləri görülüb. Böyük şəhərlərdə   turizm bölgələrində, hava dəniz limanlarında, vağzallarda, alış-veriş mərkəzlərində  ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Bundan başqa seçki günü seçki bülletenlərinin Ali Seçki Şurasına (YSKçatdırılması zamanı maksimum təhlükəsizlik tədbirlərinin  görüləcəyi bildirilir. Seçki günü zəlzələ bölgəsindən olan vətəndaşların, qeydiyyatda olduqları şəhər rayonlara gedib səsvermədə iştirak etmələrini təmin etmək  üçün dövlət tərəfindən vəsait ayrılıb.

Prezident kürsüsü uğrunda 2 namizəd mübarizə aparır. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur. "Cümhur İttifaqı"nda Ədalət İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası Demokratik Sol Partiyası birləşib. "Millət İttifaqı"nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası Demokratiya İnkişaf Partiyası (DEVA) təmsil olunur.

Partiya rəhbərləri seçiciləri ilə yenidən izdihamlı mitinqlər keçirirlər. Zəlzələ bölgəsinə səfərlərini davam etdirən Prezident Rəcəb Tayyib Ərdoğan Qaziantepdə vətəndaşlara müraciət edib: "28 may seçkilərinin ikinci turuna bir nəfər kimi getmənizi gözləyirik. Bütün dostlarınızı, qohumlarınızı sandığa aparmalısınız".

 Rəcəb Tayyib Ərdoğan deyib ki, biz orta dərəcədə zədələnmiş binaları bir günü xilas etmək üçün deyil, uzunmüddətli rekonstruksiya üçün daimi yaşayış evləri layihələrinə daxil etdik. Dünyanın elə bir ölkəsi yoxdur ki, bu qədər qısa müddətdə fəlakət dağıntılarını yığışdırsın şəhərlərini yenidən qurmağa başlasın. Zəlzələnin ikinci həftəsindən başlayaraq daimi yaşayış evlərinin tikintisinə başladıq. Torpaq tədqiqatı tender başa çatan yerlərdə dərhal təməllər qoyulub. Allahın izni ilə oktyabrdan noyabra kimi daimi yaşayış yerlərinin çatdırılmasına başlayacağıq.

Ölkə başçısı onu da qeyd edib ki, məqsədimiz 650 min yeni ev tikərək şəhərlərimizi tez bir zamanda dirçəltməkdir ki, bunun da 319 mini 1 ildə tamamlanacaqZəlzələdə evi yerləri ziyan görən bütün vətəndaşlarımız çörək səbətinə, evlərinə çatana qədər durmadan  işimizi davam etdirəcəyik. Zəlzələdən sonra edilən bütün səylərə baxmayaraq, zəlzələdən sağ çıxanların böyük ləyaqətlə, mətanət səbirlə bizə verdiyi dəstək bizim ən böyük mənəviyyat mənbəyimiz oldu. 50 min insanımızı itirdik, 100 mindən çox yaralımız var idi... Onlar üçün bütün  imkanlarımızı  səfərbər edəcəyik.

İkinci turda ölkə vətəndaşlarının kimə etimad göstərməsi ilə bağlı aparılmış  araşdırmalara gəldikdə, seçicilərin 75%-nin  Rəcəb Tayyib Ərdoğana səs verəcəyinin şahidi olduq. Onlar deyirlər ki, Türkiyənin hazırkı iqtisadi vəziyyəti olursa-olsun, bu ölkənin indiki regional beynəlxalq güc olma imici Rəcəb Tayyib Ərdoğanın sayəsindədir.  ''Türkiyə  AKP-nin uğurlu enerji diplomatiyası sayəsində Avropanın əsas qaz təchizatçısına çevrilibAralıq dənizinin şərqində mövqelərini qətiyyətlə qoruyan, əzilən tərəflərin, müsəlman ölkələrinin yanında güclü ittifaqlara rəğmən dayanan, ölkəmizi terror yuvalarının təxribatlarından təmizləyən məhz Ərdoğan hakimiyyətidir. Bütün dünyanın nizamını dəyişmək iqtidarında olan raketlərin istehsalçısı bizim ölkədir bu sənayenin inkişafına töhfə verən AKP hakimiyyəti olub'', - deyib seçicilər.

Beləliklə, türk xalqı may ayının 28- yenidən sandıq başına gedərək ölkəsinə olan münasibəti hiss etdirəcək

Xatırladaq ki, Türkiyədə  mayın 14- keçirilən prezident parlament seçkilərində  prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, müxalifət sədri Kamal Kılıçdaroğlu 44,88%, ATA İttifaqının namizədi Sinan Oğan isə  5,17 faiz səs toplayıb. Ölkədə  seçici fəallığı 88,92% təşkil edib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.