Prezident İlham Əliyevlə Gürcüstanın Baş nazirinin təkbətək görüşü
Siyasət

Prezident İlham Əliyevlə Gürcüstanın Baş nazirinin təkbətək görüşü

Aprelin 7- Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı.

Prezident İlham Əliyev Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.

Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladı səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli vacib bir ənənə olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycanın Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulandı.

Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı bu enerji resurslarına tələbatın artdığı qeyd olundu. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olundu.

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirildi, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda uğurlu fəaliyyəti xüsusi vurğulandı.

Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edildi.

Prezident İlham Əliyev Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Gürcüstanın Baş naziri bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, Ümummilli Liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən böyük hörmət ehtiramla anıldığını bildirərək, Ulu Öndərin Gürcüstanın gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.

AZƏRTAC