Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair Sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb
Sosial həyat

Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair Sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb

2021-ci il oktyabrın 16-da Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.

AZƏRTAC