Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib
Sosial həyat

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!”.

AZƏRTAC