Postmünaqişə dövründə yeni baxışlar
Siyasət

Postmünaqişə dövründə yeni baxışlar

ADA Universitetində 2021-ci il aprelin 13- təşkil olunan "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf əməkdaşlıq" adlı beynəlxalq konfrans dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, mühüm mesajların da çatdırılması ilə yadda qalıb. Konfrans regionda yaranmış yeni reallıqlara bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan da çox uğurlu olub. Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda dünyanın siyasi arenasında kifayət qədər tanınmış beynəlxalq ekspertlərin rəsmi qonaqların da iştirak etdiyi bu konfransda ölkəmizin tutduğu mövqeyini dəyişməyəcəyi, hərbi siyasi uğurdan vaz keçməyəcəyi vurğulanıb.

"İlk olaraq belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında deyib. Qeyd edib ki, 30 ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə onların həmrəyliyini görürük.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müharibədən sonrakı vəziyyətin həssas olduğunu, atəşkəsə əməl olunsa da, müəyyən sualların olduğunu deyib. Bildirib ki, Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Xocalı soyqırımını günahsız qurbanları unuda bilmərik, bu, yaddaşımızda yaşayacaq. Biz artıq gələcəyə baxmalıyıq. Ermənilərin bizim kənd şəhərləri necə viran qoyduqlarını gözlərimizlə gördük, onlar istəyirdilər ki, Azərbaycan mədəniyətinin izini itirsinlər, ancaq alınmadı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən hər bir tədbir miqyasından istiqamətindən asılı olmayaraq beynəlxalq ictimaiyyətin diqqətini həmişə cəlb edib. Konfransda iştirakçılar tərəfindən irəli sürülmüş Qarabağda beynəlxalq konfransın keçirilməsi təklifini Prezident müsbət qiymətləndirmişdi. Konfrans iştirakçılarının əksəriyyəti tanınmış ekspert, tədqiqatçı, geopolitiklər idi. Prezidentin iti zəkası, müdrikliyi, təmkinliliyi, uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi güclü diplomatik bacarığı onun cavablarında aydın ifadə olunurdu. Dünyada bölgədə gedən geosiyasi prosesləri dərindən mərhələli şəkildə analiz etmək qabiliyyətinə malik özünəməxsus xarizma ilə hər bir suala zərgər dəqiqliyi ilə mükəmməl cavab vermək ancaq nadir dünya liderlərinə xas olan xüsusiyyətdir.

Dünyanın nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin iştirak etdiyi ilk belə konfransda region ölkələrinə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verən dövlətimizin başçısı bir daha bildirdi ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları yaddaşlarımızdan silmək həmin ərazilərin mənşəyini dəyişdirmək istəyirdilər. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq auditoriyaya dürüst şəkildə çatdırılmasıdır.

Qeyd etmək lazımdır ki, konfransın ilk günündə Şuşaya işğaldan azad edilmiş digər ərazilərə səfərin təşkil olunması tədbir iştirakçılarına erməni vandalizmi erməni faşizminin əsl mahiyyəti haqqında daha dolğun təəssürat bitkin məlumat əldə etməyə imkan yaratmış oldu. Konfransın ikinci günü onlar bu təəssüratı öz açıqlamalarında da əks etdirdilər. Konfrans iştirakçılarının həmin forumun əhəmiyyətinə dair səsləndirdiyi fikirlərdə bundan sonra Şuşanın təkcə bəşər mədəniyyətinə verdiyi töhfəsinə görə deyil, həm diplomatik problemlərin çözüm mərkəzi, paytaxtı olacağı barədə əminlik ifadə edilirdi. Əslində, möhtərəm Prezidentimizin bu diplomatik forumda dünyanı düşündürən dünyanın ən aktual çağırışlarını, xüsusilə Qafqazın bu günü gələcəyi ilə bağlı problemləri özündə ehtiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil, həm beynəlxalq ictimaiyyət üçün çox önəmli idi.

Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi beynəlxalq hüququn tərəfdarı olduğu da konfrans iştirakçıları tərəfindən birmənalı olaraq qəbul edildi. Qeyd olundu ki, Azərbaycan innovasiya, texnologiya taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların baza prinsipləri ilə uzlaşırdı. Həmçinin İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri Azərbaycanın həqiqətən tolerant multikultural bir ölkə olmasıdır. Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma Vətənidir çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək düşmənə qarşı vuruşublar.

Ölkəmiz həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib, münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşist əhvali-ruhiyyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır. Prezidentimizin dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalı, xüsusilə gənc nəsil tarixi həqiqətləri, Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistanda kimlərsə yenə revanşist şüarlar səsləndirməyə qalxarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç gətirməz.

M.KAMAL,

"Respublika".