Postmüharibə dövrü beynəlxalq müstəvidə: Azərbaycanın diplomatik uğurları
Siyasət

Postmüharibə dövrü beynəlxalq müstəvidə: Azərbaycanın diplomatik uğurları

2020-ci ili Azərbaycanın xarici siyasətinin dönüş nöqtəsi hesab etmək olar. 10 noyabr Bəyanatının imzalanması ilə postmüharibə dövrünün başlanması, Azərbaycan Ermənistan diplomatik korpusunun qarşısında yeni öhdəliklər ortaya qoydu. Hər iki ölkə rəhbərliyi bu günə qədər beynəlxalq müstəvidə bir çox platformalarda görüşlər keçirib, müəyyən razılaşmalar əldə etsə , hər zamankı kimi qarşı tərəf imza atdıqları sənədlərdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib.

Ötən illər ərzində postmüharibə dövrünü tənzimləmək, sülh prosesinə təkan vermək məqsədilə şimal qonşumuzun vasitəçiliyi ilə Moskva Soçi, Avropa İttifaqının təşəbbüsü ilə isə Brüssel Praqa danışıqları baş tutub. 11 yanvar 2021-ci ildə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti V.Putin Ermənistanın baş naziri N.Paşinyan arasında üçtərəfli görüş keçirilib. Ölkə liderlərinin keçirdiyi görüşdə üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişində, mövcud problemlərin aradan qaldırılması regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımlar müzakirə predmeti olub. Bu görüşdə regionda iqtisadi, ticari nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusilə diqqət mərkəzinə gəlib. Nəzərdə tutulurdu ki, bu məsələlərlə Rusiya, Azərbaycan Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrupu məşğul olsun. Danışıqlar nəticəsində, regionda möhkəm sülhün, təhlükəsizliyin davamlı sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə Azərbaycan, Rusiya Ermənistan liderləri növbəti dəfə üçtərəfli Bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycan Ermənistan respublikalarının baş nazirləri müavinlərinin Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, işçi qrupunun prioritet istiqaməti 10 noyabr Bəyanatının 9-cu bəndinin həyata keçirməsi istiqamətində dəmir yolu avtomobil yollarını müəyyən edəcəkdi.

Postmünaqişə dövründə digər bir görüşü yenidən Rusiyanın vasitəçiliyi ilə 2021-ci il noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya Ermənistan liderləri arasında olmuşdur. Üçtərəfli formatda 2020-ci il 10 noyabr tarixli Bəyanatın, həmçinin 2021-ci il 11 yanvar tarixli Moskva Bəyanatının yerinə yetirilməsi müzakirə edilərək Azərbaycan-Ermənistan sərhədində sabitlik təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası demarkasiyası üzrə Rusiya Federasiyasının məsləhət yardımı ilə ikitərəfli komissiya yaradılması barədə razılaşma əldə olunub. Bununla yanaşı, Rusiya, Azərbaycan erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyini bildirmişdi.

Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşmasındakı platformalardan biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel prosesidir. 2022-ci ilin aprel ayında liderlərin görüşündə sülh müqaviləsinin hazırlanması üzrə xarici işlər nazirliyinə tapşırıq verilməsi sərhədlərin delimitasiyası-demarkasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılaşma əldə olunmuşdu. Ermənistan Brüssel sülh dialoquna Qarabağdakı ermənilərin "statusu", "öz müqəddəratını təyin etməsi" kimi qondarma əlavələr etməklə yanaşı, "ölmüş" Minsk qrupunun yenidən "dirilməsini" gündəliyə daxil etmək istəsə bu təkliflər rədd edilmişdi. Ermənistan bu prosesdə kağız üzərində Azərbaycanın 5 bənddən ibarət baza prinsiplərini qəbul etsə , praktikada bu günə qədər buna əməl etmir. Brüssel sülh gündəliyinin təsdiqi olaraq 2022-ci ilin 6 oktyabr tarixində Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti Ermənistanın baş naziri ilə görüşü çərçivəsində Praqada Azərbaycanın maraqlarına cavab verən sərhədlərin delimitasiya demarkasiyası ilə bağlı növbəti müzakirə aparıldı. Praqa görüşündə Brüssel sülh gündəliyinə sadiqlik ana xətt hesab olunur bunu, Azərbaycanın növbəti diplomatik zəfəri kimi qeyd etmək olar. Səbəbi isə ondan ibarətdir ki, dördtərəfli görüşün sonunda qəbul edilən Bəyanatda Azərbaycan Ermənistanın BMT Nizamnaməsinə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü suverenliyini tanıdığı bildirilir.

ABŞ da öz növbəsində hər iki ölkə arasında sülhün əldə olunması regionda təhlükəsizlik arxitekturasını möhkəmləndirmək məqsədilə vasitəçilik missiyasını üzərinə götürməyə çalışır. Fevralın 18- Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Üçtərəfli görüş zamanı tərəflər Brüssel prosesini üçtərəfli formatı müzakirə ediblər.

Göründüyü kimi, Ermənistan tərəfi qədər çalışsa da Fransa ATƏT-in keçmiş Minsk qrupunu müzakirə predmetinə cəlb etmək bu xüsusda platforma yaratmaq istəyi Prezident İlham Əliyevin qəti səyləri nəticəsində geri çevrilmiş oldu. Adıçəkilən dövlət təşkilatın ermənipərəst mövqe tutması onları bu iştiraklardan uzaqda saxlayıb.

Musa BAĞIRLI,

"Respublika".