Polis əməkdaşına qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Polis əməkdaşına qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb

Yanvarın 19-u saat 13 radələrində Bərdə Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək, ona qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Zümürxan kənd sakini 1974-cü il təvəllüdlü Rəfail İsgəndərovun həmin tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tənbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərdiyi müəyyən olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC