Pol Revay: Qlobal Forum bir çox məsələlərin həlli yollarının müzakirəsi baxımından çox mühümdür
MÜSAHİBƏLƏR

Pol Revay: Qlobal Forum bir çox məsələlərin həlli yollarının müzakirəsi baxımından çox mühümdür

Qlobal Bakı Forumunda 4-cü dəfədir iştirak edirəm və bundan böyük məmnunluq duyuram. Bu tədbir bir çox məsələlərin həlli yollarının müzakirəsi baxımından çox mühümdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri üçtərəfli Avropa (trilateral Europe) qurumunun sabiq direktoru Pol Revay jurnalistlərə açıqlamasında söyləyib. Forumun geniş müzakirələrlə davam etdiyini vurğulayan P.Revay qeyd edib: "Çağırışlarımız eyni qalıb, dəyişməyib. Hətta iqlim dəyişikliyi və buna bənzər təbiət hadisələri ilə bağlı vəziyyət daha da gərginləşib. G20-də bu məsələlərlə bağlı müzakirələr aparılıb. Biz yeni çıxış yolları tapmasaq, vəziyyət daha da pisləşə bilər. Buna görə də bu forum bir çox məsələlərin həlli yollarının müzakirəsi baxımından çox mühümdür".

O, diqqətə çatdırıb ki, forumda iştirak etmədən orada baş verənləri və aparılan müzakirələri izləmək çətin olur. "Biz bilirik ki, bu forum Prezident İlham Əliyevin təşəbbüsü və liderliyi ilə keçirilir. Burada iştirak etdiyim müzakirələrdən aldığım zəngin təəssüratlarla ölkəmə qayıdacağıma ümid edirəm", - deyə o bildirib.

AZƏRTAC