Pis xislət, cəfəng iddia, əsassız ittiham, sərsəm açıqlama
Digər xəbərlər

Pis xislət, cəfəng iddia, əsassız ittiham, sərsəm açıqlama

İkinci Qarabağ müharibəsində işğalçı və təcavüzkar Ermənistan öz iyrənc, şərəfsiz, yaltaq, ikiüzlü və hərbi cani simasını növbəti dəfə büruzə verdi. Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın erməni işğalında qalan Qarabağda və Şərqi Zəngəzurda əks-hücum əməliyyatlarına başlaması və qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr endirməsi, həmişə başqalarının kölgəsində dayanan Ermənistanı vəlvələyə saldı. Döyüş meydanında qarşı-qarşıya döyüşməyə ləyaqəti və gücü çatmayan düşmən öz mənfurluğunu azərbaycanlı dinc əhaliyə göstərdi, Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı, Ağcabədini, Beyləqanı uzaqmənzilli raketlərlə atəşə tutdu, dinc insanları, uşaqları qətlə yetirdi, evləri, mülki obyektləri dağıtdı.

Bu erməni təfəkkürüdür. Pis xislət, boş iddia, əsassız ittiham, sərsəm açıqlama onun mahiyyətini açıb göstərir. Onların dilində, dinində, mənəviyyatında, əxlaqında, davranışında haqq, ədalət, həqiqət yoxdur. Ermənilər uzun illər boyu anlamaq istəmirlər ki, başqasının torpağını zəbt ediblər, 1992-93-cü illərdə havadarlarının köməyinə arxalanaraq bir milyona yaxın azərbaycanlını dədə-baba torpaqlarından didərgin salıblar, yüzlərlə dinc insanı, qocanı, körpəni, qadınları qətlə yetiriblər. Özünü dünyaya məzlum xalq kimi təqdim etməyə vərdiş edən ermənilər əslində yırtıcı və vəhşi bir toplumdur. Unutmaq lazım deyil ki, qarşımızdakı düşmən çox məkrli, bic, yaltaq, ikiüzlü və həm də çox hiyləgərdir.

Vətən müharibəsinin gedişində dünyanın informasiya cəbhəsində böyük qətiyyət və fədakarlıqla mübarizə aparan Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistanın iç üzünü faktlarla açıb göstərərək bildirdi ki, heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma "Dağlıq Qarabağ ordusu" yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz- istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.

Şanlı Azərbaycan ordusunun bölmələri 44 gün davam edən müharibədə düşmən ölkəni məğlubiyyətə uğratdı, minlərlə əsgər və zabiti həlak olan, hərbi texnikası məhv edilən Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Müharibədən keçən son iki ildə Ermənistan hakimiyyəti min dona girir, yalançı vədlərlə vaxt qazanmağa çalışır, suyu bulandırıb sərsəm fikirləri ortaya ataraq öz simasızlığını bir daha nümayiş etdirir. Sentyabrın 12-dən 13-nə keçən gecə isə Azərbaycanla sərhəddə Ermənistanın genişmiqyaslı təxribat törətməsi nəticəsində itkilərimiz oldu, hərbi infrastruktura ziyan dəydi. Düşmən bu təxribata görə silahlı qüvvələrimizin bölmələri tərəfindən tutarlı cavabını aldı və bir sıra mühüm yüksəkliklər nəzarətə götürüldü.

Sentyabrın 22-də BMT Baş Assambleyasının 77-ci sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı ilə özünü bir daha ifşa etdi, əslində erməni tərəfinin yalan və böhtan vərdişi bir daha öz təsdiqini tapdı, sülh istəyən tərəf əgər, yalan danışırsa və gülünc bəyanatlar səsləndirirsə bu erməni hiyləgərliyinin növbəti səhifəsidir. Belə bir deyim var, əgər erməni sənə dost deyirsə bil ki, səni bıçaqlayacaq, qardaş deyirsə demək bıçaqlayıb. Əslində Ermənistanın öz mövqeyi, öz sözü,öz münasibəti, öz fikri yoxdur və heç zaman da olmayıb, ermənilər həmişə ağalarının sözü ilə hərəkət edirlər, forpost ölkədən, müstəqil siyasət yürüdə bilməyən, qul vəziyyətində olan ölkədən artıq nə gözləmək olar?!

Tribuna həvəskarı olan Paşinyan əlinə düşən fürsətdən istifadə edərək çıxışında sentyabrın 12-də dövlət sərhədində başlayan və bir neçə gün davam edən gərginlikdə Azərbaycana qarşı ittiham səsləndirib və erməni mülki əhaliyə atəş açıldığını iddia edib. Nə demək olar, erməni olan yerdə onsuz da yalan və böhtan baş qaldırır, iftira, sərsəm fikirlər ortaya atılır. Əlbəttə, həmin fikirlər boş iddiadan, yalan və böhtandan başqa bir şey deyil. Azərbaycanda yaxşı bir məsəl var, deyir ki, adımı sənə qoyum, səni də yana-yana. Sentyabr ayında ikinci dəfə baş verən gərginliyin səbəbkarı məhz Ermənistandır, düşmən ölkənin təxribat-diversiya şəbəkəsinin təkrarlanan cinayətidi. Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq edərək bildirmişdi ki, hər hansı təxribata mütləq, adekvat cavab veriləcək. Və verildi də...

Erməni baş nazir Azərbaycanı ittiham edəndə 1988-ci ildən 2020-ci il noyabrın 8-nə kimi ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladıqlarını, 7 şəhəri və yüzlərlə kəndi dağıtdıqlarını, dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımını, Qaradağlı faciəsini unutdumu?! Erməni xəstəliyinə görə onlar yaddaşlarını tez unudurlar. Sağalmaz xəstəlikdir. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların keçirildiyi yerlərdən uzaq məsafədə yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərini raket hücumlarına məruz qoyan ermənilər deyildi?! Həmin bombardman nəticəsində yüzlərlə azərbaycanlı mülki şəxs ölmüş və ya yaralanmış, insanlarımıza həm mənəvi, həm də maddi ziyan dəymişdi. Bu hərbi cinayətlər, demək olar, 44 gün ərzində, özü də bütün dünyanın gözü qarşısında baş vermişdi. Ermənilər tərəfindən Azərbaycanın mühüm infrastrukturuna hədəflənmiş onlarla raketi hava hücumundan müdafiə qüvvələrimizin qəhrəman şəxsi heyəti tərəfindən məhv edilmişdi. Törətdikləri bütün bu cinayətlərin qarşısında Paşinyanın bu cür sərsəm açıqlama verməsi erməni həyasızlığını, erməni böhtanını bir daha göstərir. Ermənistanın Azərbaycanı ittiham etməsi üçün nə mənəvi, nə də hüquqi əsası var, sadəcə onlar öz çirkin niyyətlərindən əl çəkə bilmirlər.

Qocaman tarix ermənilərin ərazi iddialarını, onların yaxın qonşularının torpaqlarına göz dikməsini dəqiq sübut edir, əlahəzrət faktlar isə göz qabağındadır. Ermənistan dünyada torpaq oğrusu kimi tanınmalıdır, sadəcə, ona başqa ad vermək mümkün deyil. Bundan başqa, Ermənistan tərəfindən təkrarlanan təxribatlar, ara verməyən sabotajlar, dayanmadan yalan və böhtan ifraz etməsi, erməni iqtidarının sərhədlərin delimitasiya və demarkasiyasından, sülh müqaviləsindən yayınması onu göstərir ki, rəsmi İrəvan bizim ərazi bütövlüyümüzü tanımır. Deməli, Paşinyanın səsləndirdiyi bəyanat məntiqsiz və həm də əsassızdır.

Ermənistanın baş naziri N.Paşinyan yalan və iftira dolu çıxışında sözdə 10 noyabr tarixli üçtərəfli Bəyanata istinad etsə də, axı əməldə bu özünü göstərmir, əksinə, erməni tərəfi bölgədə lokal gərginlik yaradır, təxribatlardan əl çəkmir. Yaxşı bilirik ki, Ermənistan manipulyasiya etməyə çox alışqandır, havadarlarının diktəsi ilə hərəkət etmək onların köhnə peşəsidir. Əslində, Azərbaycan iki ilə yaxındır çalışır ki, həmin razılaşmaların tələbləri tam yerinə yetirilsin. Lakin məsələ ondan ibarətdir ki, Ermənistan ötən dövr ərzində həmin bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır, bölgədə sülhün bərqərar olmasına əngəl törədir, zərərli iddialarından əl çəkmir. Ermənistan iki ildir öhdəliklərinə əməl etmir, əksinə, saman altından su yeritməyə çalışır. Belə olan halda gözündə tiri görməyən erməni baş nazir başqasının gözündə tük axtarmağa çalışır, əsassız ittihamlar səsləndirir, "yazıq və məzlum erməni xalqı" mifini diriltmək istəyir. O köhnə zaman keçdi daha, o köhnə ağlaşma, başqalarının qarşısında vərdiş elədiyiniz saxta göz yaşları imdadınıza çata bilməyəcək, dünya gündəmi dəyişir, Azərbaycan bölgənin ən güclü, müasir, qüdrətli dövlətidir.

Salman ALIOĞLU,

"Respublika".