Peter Meddyeşi: Bakı Forumu fikir və təklifləri dəyərləndirmək baxımından əhəmiyyətli platformadır
MÜSAHİBƏLƏR

Peter Meddyeşi: Bakı Forumu fikir və təklifləri dəyərləndirmək baxımından əhəmiyyətli platformadır

Qlobal Bakı Forumunun keçirilməsində məqsəd son dövrlər parçalanmış dünyada yaranan problemlərin həlli yolunun müzakirə edilməsidir.

Bunu AZƏRTAC-a müsahibəsində Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi deyib.

Müzakirə ediləcək mövzulara dəqiq cavab tapmağın çox çətin olduğunu söyləyən Peter Meddyeşi qeyd edib: "Müxtəlif təklif və fikirləri dəyərləndirmək vacibdir. Qlobal Bakı Forumu bu baxımdan olduqca əhəmiyyətli platformadır. Hazırda dünyada müharibə və münaqişələrin genişləndiyi bir vəziyyətdə yaşayırıq. Yaratmaq istədiyimiz sülh üçün yollar axtarmalıyıq. Bu səbəbdən Forumun missiyasının mühüm olduğunu düşünürəm", - deyə bildirib.