Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər
Sosial həyat

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər

İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur. Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib. 

“Respublika”.