Pəmbək mahalı, Qursalı kəndi yolumuzu gözləyir
Digər xəbərlər

Pəmbək mahalı, Qursalı kəndi yolumuzu gözləyir

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyirlər, ancaq buna nail ola bilməyiblər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə qınından çıxmış paslı qılınc kimi qanlar axıdan, şəhər kəndləri dağıdıb viran qoyan, eyni zamanda özünü "zavallı əzabkeş" bir xalq kimi qələmə verən, güclü dövlətlərin qoltuq ağacına çevrilən ermənilər ölkəmizə qarşı hər zaman düşmənçilik siyasəti yürütmüşlər.

Tarixi mənbələrə görə, indiki Ermənistan ərazisində bütün dövrlərdə türklər ermənilərdən sayca qat-qat çox olmuşdur. Bu da təbii haldır. Bu gün Anadoluda 60 milyon, Cənubi Azərbaycanda 30 milyondan yuxarı, Şimali Azərbaycanda 9 milyon türk mövcuddursa, demək fikrimizi sübut etməyə ehtiyac yoxdur.

İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ümumiyyətlə, ermənilər bu bölgəyə sonradan yerləşdiriliblər. Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.

1918-ci ilin mart-iyun aylarında erməni vandalları Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur.

Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur. 1918-20-ci illərdə ermənilər Qərbi Azərbaycanda analoqu olmayan terror aktı törətmiş - İrəvanda, Pəmbək mahalında, Göyçədə, Amasiyada, Dərələyəz mahalında, Zəngəzurda, Vedibasarda, Zəngibasarda Qərbi azərbaycanlılar yaşayan digər ərazilərdə soydaşlarımız amansızlıqla qətlə yetirilmiş, məcburən doğma yurdlarını tərk edərək Türkiyəyə, Gürcüstana digər ərazilərə üz tutmuşlar. Erməni millətçiləri tarix boyu tökülən qanların baisi kimi məsuliyyət daşıyacaqlar.

1948-1952-ci illərdə 150 min azərbaycanlı Ermənistandan sürgün edildi. Bu xəyanət toru M.Bağırov, İ.Stalin, Molotov digər ermənipərəst qüvvələr tərəfindən hazırlandı. 1988-ci ildə "əzabkeş" ermənilər Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirdilər. Qərbi azərbaycanlıların ata-baba yurdlarından qovulmasına Zori Balayan, Sero Xanzadyan, Silva Kaputikyan, Viktor Hambartsumyan digər daşnak quldurlar dirijorluq etdilər.

Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Azərbaycan Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd qəsəbə, yüzlərlə abidə itirdi.

Mən əslən Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndindən olduğumdan zaman-zaman erməni vandallarının bu ərazidə törətdikləri qanlı cinayətkarlıqdan söhbət açmaq istəyirəm. Pəmbək mahalının azərbaycanlıları öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə məruz qalmışlar.

1828-32, 1877-78, 1905-07, 1918-20, 1948-53 1988-ci illərdə belə olmuşdur. Sovet rəhbərliyi tərəfindən bu proses daha məharətlə aparılmış bu zaman ermənilər Sov. İKP MK-nın Siyasi Bürosundakı havadarlarına (Stalin, Mikoyan Beriya üçlüyünə) arxalanmışlar.

1948-1953- illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası ilə bağlı 18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən Fərman imzalanmışdır.

Qursalı camaatı öz mərdliyi, cəsarəti, yurdsevərliyi ilə Pəmbək mahalında sayılıb seçilirdi. Qursalılar hələ XX əsrin əvvəllərində erməni daşnaklarının Qərbi azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı düşmənə baş əyməmiş, öz ocaqlarını, torpaqlarını namusla qorumuşlar. 1988-ci ildə kəndə basqın zamanı da Qursalı camaatı uşaqdan qocaya qədər öz doğma torpaqlarını müdafiə etmiş, oraya kafir ayağının dəyməsinə imkan verməmişlər. Ancaq zəlzələ - təbii fəlakət onları öz doğma torpaqlarından çıxmağa məcbur etmişdir.

1988-ci ildə Pəmbək mahalı, o cümlədən Spitak rayonunun Qursalı kəndi ermənilərin işğalına məruz qaldı. Bu ağır, çətin günlərdə Qazax Rayon Partiya Komitəsinin birinci katibi qursalılara arxa, dayaq oldu. O, qursalıların aqibətinə biganə qalmadı. Qadın uşaqlar, qocalar vertolyotla Qazaxa çatdırıldı.

Artıq 35 ildir ki, Qursalı kəndinin sakinləri qaçqınlıq həyatı yaşayırlar. Hər birimizin qəlbi yurd eşqi ilə döyünür, qəribsəmiş vətənin hər qayasını, hər daşını qucaqlamaq istəyirik.

Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində, cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad olundu. 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı görüş zamanı vurğuladı ki, bizim bu gün ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıdışı reallığa çevirməkdir.

Qayıdış Konsepsiyası hazırlanmışdır.

Haqq-ədalət zəfər çalacaq, gün gələcək ki, köç karvanları geri dönəcək, Pəmbək mahalında, doğma Qursalıda çal-çağırlı günlərimiz başlayacaq.

Vaqif NAMAZOV,

adamı.