Payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatlandırma sessiyaları yekunlaşır
Region

Payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatlandırma sessiyaları yekunlaşır

Aqrar  sahədə  mühüm   mərhələ   olan payızlıq əkinlərin bəyanı prosesi bu  gün   artıq  başa  çatır. Taxıl səpinini başa çatdırmış fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS)  öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını artıq sistemə daxil ediblər.

Qeyd   edək  ki, əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatır. Taxıl əkinlərini başa çatdırmış fermerlər aektis-DƏöz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını dekabrın 30-dək sistemə daxil etməlidir. Dekabrın 30-dan sonra sistemə məlumatların daxil edilməsi mümkün olmayacaq.

Artıq respublika üzrə payızlıq əkin aparmış fermerlərin böyük əksəriyyəti öz əkinlərini EKTİS-də bəyan ediblər. Əkinlərini hansısa səbəbdən bəyan etməmiş fermerlərin EKTİS-də qeydiyyatdan keçmiş mobil nömrələrinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən SMS-bildirişlər göndərilib.

Fermerlərin məlumatlandırılması məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərində mütəmadi görüşlər keçirilib. Görüşlərdə Aqrar Subsidiya Şurasının 2023-cü il üçün açıqladığı subsidiya əmsalları, subsidiyaların verilməsi proseduru, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq sahələrindən nümunələrin aqrokimya laboratoriyalarına təqdim olunması proseduru, 10 hektardan artıq torpaq sahəsi olan mülkiyyətçilərin öz sahələrini sığorta etdirmə zəruriliyi barədə məlumatlar verilib, fermerlərin sualları cavablandırılıb.

Nəriman  CAVADOV,

“Respublika”.