Pambıq tarlalarında becərmə işləri
İQTİSADİYYAT

Pambıq tarlalarında becərmə işləri

Azərbaycanda kənd təsərrüfatının ən geniş yayılmış gəlirli sahələrindən biri pambıqçılıqdır. Hələ 100 il bundan qabaq, Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda pambıq əkini geniş yayılmışdı, sənaye üsulu ilə mahlıc istehsal olunur, xaricə satılırdı. Fabriklərdə on minlərlə fəhlə çalışırdı, ancaq hər hektardan məhsuldarlıq aşağı olduğu üçün səmərə yüksək deyildi.

Pambıqçılıqda əsl inkişaf ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Ötən əsrin 70-ci illərində pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında ən önəmli yerlərdən birini tuturdu. Respublikamızda " qızıl" istehsalı rekord həddə - 1 milyon tona çatdırılmışdı.

Müstəqilliyin ilk dövrlərində gənc dövlət olaraq Azərbaycan ərzaq təyinatlı məhsulların əkini istehsalına üstünlük verirdi. Taxıl, kartof, üzüm, meyvə, heyvandarlıq məhsulları. Çünki əhalinin ərzaq məhsullarına olan tələbatı dolğun ödənilməliydi. 2016- ildən etibarən isə respublikamızda pambıqçılığın bərpa inkişafına da dövlət dəstəyi göstərilməyə başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Sabirabad, Saatlı, Bərdə müşavirələri sahənin inkişafında müstəsna rol oynadı. Sonuncu müşavirədə qərara alındı ki, bundan sonra Azərbaycanda pambıqçılıq yalnız intensiv üsulla - yəni mövcud sahələri artırmadan hər hektardan daha çox məhsul əldə etmək yolu ilə inkişaf etdirilsin.

Artıq bir neçə ildir ki, ölkə pambıqçılığı bu yolla inkişaf edir yüksək məhsuldarlıq əldə olunur. Ötən il 104 min hektar sahədən 322 min tona yaxın məhsul əldə olunub ki, bu da 2021 -ci il göstəricisindən 35 min ton artıqdır. Hər hektardan məhsuldarlıq da müvafiq olaraq 28,5-dən 31 sentnerə qaldırılıb.

Yeri gəlmişkən qeyd edək ki, pambıq ixracyönümlü məhsuldur ölkənin kənd təsərrüfatına gəlir gətirir. Hər il on milyon manatlarla dəyərində mahlıc iplik ixrac olunur. Təkcə bu ilin birinci rübündə xarici ölkələrə 31,3 milyon ABŞ dolları dəyərində mahlıc,11 milyon dollara yaxın dəyərdə isə iplik məhsul ixrac olunub.

Bu il yenə 100 min hektar civarında pambıq əkilib normal çıxış alınıb. Artıq ilk becərməyə - seyrəltmə işlərinə başlamaq olar. Ancaq çiyidi indi elə mütərəqqi üsulla əkirlər (nizamlayırlar) ki, heç seyrəltməyə ehtiyac qalmır, yalnız suvarma işləri alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilir.

Nəriman CAVADOV,

"Respublika".