Pakistanlı jurnalist: Şuşada ermənilərin törətdiyi vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağam
MÜSAHİBƏLƏR

Pakistanlı jurnalist: Şuşada ermənilərin törətdiyi vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağam

İşğal dövründə Şuşa şəhərində törədilmiş dağıntılar, Azərbaycan tarixinə aid abidələrin, binaların məhv edilməsi faktları bütün dünyaya çatdırılmalıdır.

Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında pakistanlı jurnalist Muhammad Tayyab söyləyib.

Azərbaycan xalqı tərəfindən Pakistana göstərilən dost münasibətdən məmnun olduğunu söyləyən Muhammad Tayyab deyib: "Qardaş Azərbaycan xalqını Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edirəm. Noyabrın 8-də - Şuşanın azad olunduğu gün bu şəhərlə, onun tarixi ilə bağlı ətraflı məlumat toplamışdım. İndi Şuşa ilə tanış olmaqdan çox şadam. Burada ermənilərin törətdiyi vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağam".

AZƏRTAC