Özünüməşğulluq proqramının əhatə dairəsi  genişləndirilir
Sosial həyat

Özünüməşğulluq proqramının əhatə dairəsi  genişləndirilir

2023-cü ilin sosial hədəflərindən biri də  özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində növbəti irəliləyişə nail olmaqdır. Gələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və   Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, layihə, həmçinin yerli banklarla və sosial tərəfdaşlarla birgə işlər gələn il də proqramın genişləndirilməsinə mühüm dəstək olacaq. Həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulmasına, kiçik sahibkarlığa çıxışına  dəstək göstərən özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, onlardan bu ilin 11 ayında artıq 15,9 mini proqrama cəlb olunub.

Ümumilikdə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə proqrama cəlb olunanların illik sayı 14 dəfə artıb.

“Respublika”.