Özünüməşğulluq proqramı üzrə şəhid ailələri və qazilər üçün kiçik ailə təsərrüfatları yaradılır
Sosial həyat

Özünüməşğulluq proqramı üzrə şəhid ailələri və qazilər üçün kiçik ailə təsərrüfatları yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son bir həftə ərzində bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar yaradılıb. Ümumilikdə Agentlik tərəfindən bu ilin ötən dövrü ərzində 1000-dən çox şəhid ailəsi, qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

 "Respublika".