Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa olunub
Digər xəbərlər

Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa olunub

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Sübhan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş Sübhan Tağıyevin Sumqayıt Şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd verib. Onun bu vədlər müqabilində 2021-ci il fevralın 2-də 2500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC