Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Siyasət

Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin rəhbəri Uluqbek Rozukulovla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının dinamik inkişaf etdiyi, investisiya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sektorun fəallığı artır, yeni ideyalar təşəbbüslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır.

İqtisadiyyat naziri Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomobil istehsalının boyaq, qaynaq yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması məşğulluğun təminatına təkan verəcəyini qeyd edib.

Uluqbek Rozukulov ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən məmnunluğunu ifadə edib, azərbaycanlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə ölkəmizdə avtomobil sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndirilməsi istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, "Maşın avadanlıq istehsalçıları" Assosiasiyası Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyəti arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.