Özbəkistan nümayəndə heyəti ölkəmizdəki sosial xidmət və reabilitasiya müəssisələri ilə tanış olub
Sosial həyat

Özbəkistan nümayəndə heyəti ölkəmizdəki sosial xidmət və reabilitasiya müəssisələri ilə tanış olub

DOST Mərkəzində qonaqlar üçün Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair təqdimatlar edilib. 6 iyun bu barədə DOST Mərkəzindən verilən məlumatda bildirilir.

Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun başçılıq etdiyi nümayəndə heyəti 5 saylı DOST Mərkəzi ilə tanış olub.

Mərkəzdə nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdəki sosial xidmət və reabilitasiya sistemi, bu sahələrdə aparılan islahatlar barədə məlumat verib. Görüşdə qeyd olunan sahələrdə təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Qonaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair təqdimatlar edilib.

“Respublika”.