Ötən sutkada qəza-xilasetmə əməliyatları
Digər xəbərlər

Ötən sutkada qəza-xilasetmə əməliyatları

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

22 may Nazirliyin mətbuat xidmətindən bildirilir ki, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 metr olan su anbarına düşmüş 1 azyaşlının meyiti çıxarılaraq təhvil verilib.

“Respublika”.